10:00
21 İyun 2020

"Supulu yığan qapını döyəndə bilmirəm nə edim" - Niyam

Müğənni Niyam Salami maddi sıxıntılarından danışıb.
Sənətçi "Zaurla Günaydın" proqramında pandemiya dövrünün ona çox ziyan vurduğunu bildirib. Niyam hətta supulunu ödəməkdə çətinlik çəkdiyini deyib:

"Bilmirəm hardan gəlir, ikiqat yazır. Yüz manatdan çox pul yazıb. İki aya çox yazıb. Supulu yığan qapını döyəndə bilmirəm nə edim".

Niyam borc aldığını da söyləyib:

"İki min manat borcum var. Amma borc verdiyim insanlar da az deyil".

(Axşam.az)

Dİgər xəbərlər