5206
16:57
19 İyun 2020

Baş nazir karantinlə bağlı QƏRAR VERDİ

Nazirlər Kabineti Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar verib.

APA-nın xəbərinə görə, baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılıb.