09:29
29 İyun 2020

Karantin günlərini əyləncəyə çevirmək üçün nələr etməli?

Xüsusi karantin rejimi olması ilə bağlı əksəriyyətimiz evdən çölə çıxa bilmirik. Evdə qalmaq, istirahət etmək çoxlarının ürəyincədir. Alimlər və həkimlər deyirlər ki, xəstəliyin əlamətlərini özümüzdə görməsək belə, sosial məsafəni qorumalıyıq. Evdə olmaq özümüzün, ətrafımızdakıların sağlamlığının qeydinə qalmaq deməkdir. Ancaq bu müddətdə bir çoxumuz evdə nə edəcəyimizi bilmirik. Ancaq evdə edilə bilən bir çox işlə həm vaxtınızı daha səmərəli keçirə , həm də əylənə bilərsiniz ...

Gündəlik tutun

Bütün dünyaya təsir göstərən və gələcəkdə tarix kitablarına daxil ediləcək bir dövr keçirik. Gündəlik olaraq həyatınızda baş verənlər, şahidi olduğunuz hadisələr haqqında yaza bilərsiniz. Bəlkə yazdıqlarınız gələcəkdə romana çevrilə bilər.

Kitablarınızla vaxt keçirin

Bir çox psixoloq və yazıçı bu çətin günlərdə kitablara sığınmağın düzgün yol olduğunu vurğulayır. Kitabxananızda oxunmamış və ya bir müddət öncə oxumaq üçün ayırdığınız kitablarınızla məşğul olmaq üçün ən uyğun vaxtdır. Əlinizdə olan bütün kitabları bitirmisinizsə və yeni bir şey oxumaq istəyirsinizsə, bu zaman yeni kitabların axtarışına çıxa bilərsiniz.

Teatr tamaşalarına baxın

İzləməyə fürsət tapa bilmədiyiniz teatr tamaşaları üçün yetərincə bol vaxtınız var.

Film izləyin

Kimdə izləniləcək filmlərin siyahısı yoxdur ki? Gündəlik işləriniz bitdikdən sonra axşam vaxtı ilə izləyə bilmədiyiniz bütün filmləri və serialları izləyə bilərsiniz.

Mətbəxdə vaxt keçirin

Bəlkə hər gün mətbəxdə idiniz, ancaq özünüz üçün heç bir şey hazırlamadığınızı hiss etdiniz, buna görə də bu barədə düşünmək lazımdır. Mətbəxdə vaxt keçirmək əsil istirahətdir. Bu işə əyləncə kimi yanaşın. Hazırladığınız yeməyi ailənizlə paylaşın. Bu sizə möhtəşəm hislər təlqin edəcək.

Lazımsız əşyaları ayırın

Ən çox vaxt aparan vacib işlərdən biri də əşyalar arasında səliqə-sahman aparmaqdır, Geyimlərinizi, dəftərlərinizi, aksessuarlarınızı çeşidləmək üçün çox vaxtınız olacaq. Son bir ildə istifadə etmədiyiniz paltar və aksesuarları ayırın və qablaşdırın.

Çiçəklərə qulluq edin

Çiçəkləriniz üçün lazımi vaxt ayırın. Torpağını dəyişdirin, yeni çiçəklər əkin, günəşə çıxarın, qablarını təmizləyin. Çiçəkləriniz canlanıb, dirildikcə siz də ruhən rahatlanacaqsınız. .İşinizi bitirdikdən sonra çiçəklərinizin olduğu məkanda çay ya da kofe içməyi də unutmayın. Bu sizə zövq verəcək.

İdman edin

Hamınızın bildiyiniz kimi evdə qalmaq daha az hərəkət etmək deməkdir. Çölə çıxa bilməsəniz də, ev şəraitində bəzi idman hərəkətlərini edə bilərsiniz. Bir bağçanız və ya geniş bir eyvanınız varsa, məşqlərinizi də orada keçirə bilərsiniz. Əgər idman məşqçiniz varsa, video söhbət vasitəsilə hərəkətləri həyata keçirmək mümkündür. Bundan əlavə, internetdən idman mütəxəssislərinin videolarını izləyə bilərsiniz. İdman həm bədəninizin formada qalmasına , həm də əhval-ruhiyyənizin yüksəlməsinə kömək edəcək. Hər gün buna 30 dəqiqənizi ayırmanız yetərli olacaqdır.

Dİgər xəbərlər