11:07
09 İyun 2020

Koronavirus Ermənistanda 6 nəfəri də öldürdü

Ermənistanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 350 yoluxma halı qeydə alınıb, 6 nəfər ölüb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda koronavirusa yoluxanların sayı 13 675, xəstəlikdən ölənlərin sayı isə 217 nəfərə çatıb.

Koronavirusdan sağalanların sayı 4451 nəfərdir.

Dİgər xəbərlər