1378
19:14
05 İyun 2020

Üç həyətdən oğurluq edən keçmiş məhkum tutuldu

Binəqədi rayonu ərazisindəki 3 evin həyətindən ev quşu, su nasosu, məişət əşyaları və inşaat materialları oğurlanıb.

Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Xəlilov saxlanılıb.