Arvadını bıçaqlayan kişi könüllü təslim oldu
05 iyun 2020 09:17 (UTC +04:00)

Arvadını bıçaqlayan kişi könüllü təslim oldu

Bakıda arvadını bıçaqlayan şəxs polisə təslim olub.

Lent.az-ıın məlumatına görə, Sabunçu qəsəbəsində 30 yaşlı Günel Babayeva münaqişə zəmində həyat yoldaşı, 34 yaşlı Ramiq Dadaşov tərəfindən bıçaqlanıb.

Qadın xəstəxanaya yerləşdirilib. Hadisəni törədən R. Dadaşov könüllü şəkildə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə təslim olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma)maddəsi ilə cinayət işi başlanıb.

# 1918
avatar

Mehman Nəbiyev

Oxşar yazılar