3991
18:06
04 İyun 2020

Daxili uçuşlar yaxın günlərdə bərpa oluna bilər - Qərargah

"Daxili uçuşların yaxın günlərdə bərpa olunması gündəmdədir".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, hava nəqliyyatında uçuşları tənzimləyən metodiki göstərişlər tərəfdən hazırlanıb təqdim olunub və təsdiqlənib: “Təbii ki, bu, Operativ Qərargahla, o cümlədən hava nəqliyyatı sahəsindəki qurumlarla birlikdə hazırlanıb. Burada istər hava gəmisinin içərisində xüsusi yoxlama rejiminin tətbiqi, sərnişinlərin say məhdudiyyəti, o cümlədən daxili uçuşlar zamanı gəliş və gedişlərdə - xüsusilə Gəncə və Naxçıvan nəzərdə tutulur - laborator analizlərin keçirilməsi ilə bağlı məsələlər var. Burada bəzi müzakirə tamamlanmamış məqamlar qalmaqdadır. Bunlar da tamamlanmaq üzrədir. Yəqin ki, bu barədə çox qısa müddət ərzində məlumat veriləcək”.