Lökbatanda oğurlanan "Jiquli" Xırdalanda tapıldı
04 iyun 2020 12:56 (UTC +04:00)

Lökbatanda oğurlanan "Jiquli" Xırdalanda tapıldı

İyunun 1-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən Bakı şəhər sakini R.Şahverdizadəyə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

Lent.az Daxili İşlər Nazirlyiinin mətbuat xidmətinə istinadla bildirir ki, bu barədə 10-cu Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil iyunun 2-də Xırdalan şəhəri ərazisində aşkar edilib. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb.

# 1345
avatar

Mehman Nəbiyev

Oxşar yazılar