İki piyada yol qəzasının qurbanı oldu
04 iyun 2020 12:41 (UTC +04:00)

İki piyada yol qəzasının qurbanı oldu

Ötən gün baş verən ağır yol qəzalarının ikisi piyada ölümü ilə nəticələnib.

Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, dünən saat 9 radələrində Xaçmaz şəhəri ərazisində şəhər sakini Ə.Bəşirov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə yolu keçən həmyerlisi Xanım Ələsgərovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Digər oxşar qəza isə Beyləqanda olub.

Axşam saat 9 radələrində rayonun Xalac kəndi ərazisində Füzuli rayon sakini M.Sadıqov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən Əhmədli kənd sakini Həkimxan Şükürovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

# 1732
avatar

Mehman Nəbiyev

Oxşar yazılar