Dünən yollarda 4 nəfər ölüb
04 iyun 2020 12:22 (UTC +04:00)

Dünən yollarda 4 nəfər ölüb

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 21 cinayətin üstünü “isti izlər”lə açıb. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 9 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 4 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

# 1099
avatar

Mehman Nəbiyev

Oxşar yazılar