Bakıda sərnişin avtobusu yanıb külə döndü - FOTO
04 iyun 2020 00:02 (UTC +04:00)

Bakıda sərnişin avtobusu yanıb külə döndü - FOTO

 

Bakının Sabunçu rayonunda sərnişin avtobusu yanıb.

APA xəbər verir ki, hadisə keçmiş "Komsomol" dairəsi kimi tanınan ərazidə baş verib.

209 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən "Temsa" markalı avtobus qaraja doğru hərəkətdə olan zaman onun salonunda qısaqapanma yaranıb və alova çevrilib. Sürücü Cacid Məmmədov avtobusdan enib, alovun qarşısını almaq istəyib. Buna baxmayaraq, avtobus alova bürünüb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib, yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

# 5167
avatar

Oxşar yazılar