Sabah 38 dərəcə isti olacaq - PROQNOZ
02 iyun 2020 12:49 (UTC +04:00)

Sabah 38 dərəcə isti olacaq - PROQNOZ

İyunun 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda  və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz  29-32, Bakıda  gecə 20-22, gündüz  30-32 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz  40-45 faiz təşkil edəcək.  

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 17-22, gündüz  33-38, dağlarda gecə 11-16, gündüz  19-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, iyunun 3-də Abşeron yarımadasında  meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

 

# 2155
avatar

Aygün İbrahimli

Oxşar yazılar