12:35
01 İyun 2020

Paşinyan koronavirusa harada yoluxub? - ÖZÜ DANIŞDI

Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusa harada yoluxduğu ehtimalını açıqlayıb.

“Mən işgüzar görüşlərin birində koronavirusa yoluxmuşam. Görüş zamanı birdəfəlik stəkanlar verirdilər, mən əlcəksiz olduqlarını gördüm. Əlbəttə, xəbərdarlıq etdim və onları dəyişmələrini istədim. Erhtimal edirəm ki, buna qədər də analoji hərəkətlər ediblər. Həmin adam, ofisiant, sətəkanları verəndə də koronavirus olduğu təsdiqlənib”, - Paşinyan deyib.

O, baş nazirinin iqamətgahında işləməkdə davam edəcəyini də söyləyib.

***

10:08

Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.

APA-nın məlumatına görə, bu barədə o özü “Facebook” səhifəsində bildirib.

Koronavirus testinin müsbət çıxdığını deyən N. Paşinyan iqamətgahından işləyəcəyini söyləyib.

O, COVİD-19-a yoluxduğuna görə təəssüf hissi keçirdiyini qeyd edib.

“Biz koronavirus infeksiyası ilə yaşamağa öyrənməliyik”, - o bildirib.

Dİgər xəbərlər