Kişi keçmiş arvadını baltaladı
31 may 2020 11:18 (UTC +04:00)

Kişi keçmiş arvadını baltaladı


Beyləqanda kişi keçmiş arvadına balta ilə xəsarət yetirib.

APA-nın məlumatına görə, hadisə rayonun Mil qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1971-ci il təvəllüdlü Tahir Muradxanov münaqişə zəminində keçmiş həyat yoldaşı, 1970-ci il təvəllüdlü Dilruba Cəfərovaya balta ilə baş və bədəninə çoxsaylı zərbələr endirib.

Yaralı ağır xəsarətlərlə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsində araşdırma aparılır.

# 2107
avatar

Oxşar yazılar