Piyadanı öldürüb qaçan sürücü tutuldu
31 may 2020 10:40 (UTC +04:00)

Piyadanı öldürüb qaçan sürücü tutuldu

Tovuzda qeyri-aşkar şəraitdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçan sürücü tutulub.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Lent.az-a verilən birgə məlumatda qeyd olunur ki, hadisə mayın 22-də saat 22 radələrində Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu, Əyyublu kəndi ərazisində baş verib. Naməlum sürücü idarə etdiyi avtomobillə yolu keçən piyada – 38 yaşlı Tağıyev Məşədi İsmayıl oğlunu vurub öldürərək, hadisə yerindən qaçıb. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini “VAZ-21063” markalı avtomobilin sürücüsü – Şəmkir şəhər sakini 34 yaşlı İsmayılov Arzu Xanoğlan oğlunun törətməsinə əsaslı şübhələr müəyyən edilib.

A.İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

# 1381
avatar

Mehman Nəbiyev

Oxşar yazılar