Aeroport yolunda qəza: xəsarət alanlar var - FOTO
30 may 2020 01:14 (UTC +04:00)

Aeroport yolunda qəza: xəsarət alanlar var - FOTO


 

Bakının Sabunçu rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Hava Limanı şosesində qeydə alınıb.

Məlumata görə, "Merecedes" markalı avtomobil hərəkətdə olan zaman nəqliyyat vasitəsində nasazlıq yaranıb. Sürücü avtomobili yolun ortasında saxlayıb.

Bu zaman arxadan gələn və Tural adlı şəxsin idarə etdiyi "Renault" markalı avtomobil "Mercedes"ə çırpılıb.

Qəza nəticəsində "Renault"un sürücüsü və Tərlan adlı sərnişin xəsarət alıb.

Əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

# 2737
avatar

Oxşar yazılar