1072
11:40
29 May 2020

Evdən ərzaq malları oğurlayan şəxs tutuldu


İsmayıllı rayonunda oğurluq hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, İsmayıllı şəhər sakini Hüseynova Günay Füzuli qızı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək evindən televizor və ərzaq mallarının oğurlanması barədə məlumat verib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı oğurluq etməkdə şübhəli bilinən Mican kənd sakini Qurbanov Samir Mahir oğlu tutularaq istintaqa təhvil verilib. Onun oğurladığı məhsullar geri qaytarılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.