Qubada avtomobil dərəyə aşdı, ölən var
29 may 2020 08:51 (UTC +04:00)

Qubada avtomobil dərəyə aşdı, ölən var

 

Quba rayonunda avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat "112" qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, Quba rayonunun Ördüc kəndi ərazisində “УАЗ” markalı minik avtomobili dərəyə aşıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü Hüseynov Pərviz Həsənəli oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

# 2077
avatar

Oxşar yazılar