Moskvada kağız pasport mobil tətbiqlə əvəzlənəcək
26 may 2020 12:48 (UTC +04:00)

Moskvada kağız pasport mobil tətbiqlə əvəzlənəcək


Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Telekommunikasiya və Kütləvi İnformasiya Vasitələri Nazirliyi Moskvada kağız pasportunu mobil əlavə ilə əvəz etmək üçün eksperimental layihə hazırlayıb. “APA-Economics” “CNews”a istinadən xəbər verir ki, qurum tərəfindən hazırlanan Rusiya Hökumətinin qərar layihəsində bu tətbiq “Mobil identifikator” adlanır. 

Eksperiment çərçivəsində qeyd olunan mobil əlavə vasitəsilə paytaxt sakinləri bir sıra bələdiyyə, dövlət və digər xidmətlərdən yararlana biləcəklər.

Eksperimenti bu ilin 1 iyul tarixindən 2021-ci ilin dekabrın 31-dək aparılması təklif olunub. Bu ilin dekabrın 1-dək “Mobil identifikator”un yaradılması nəzərdə tutulur, dekabrın 1-dən gələn ilin dekabrın 31-dək isə onun işə salınacağı gözlənilir. 

# 1876
avatar

Oxşar yazılar