İki evdən 5000 manatlıq qızıl oğurlandı
26 may 2020 13:52 (UTC +04:00)

İki evdən 5000 manatlıq qızıl oğurlandı

Bakıda evdən oğurluq edilib.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, bu il fevralın 1-də və martın 9-da rayon ərazisindəki 2 evdən ümumilikdə 1700 manat pul, 5000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini T.Ağasıyev saxlanılıb.

# 2041
avatar

Mehman Nəbiyev

Oxşar yazılar