Bakıda evdən 10 kilo narkotik tapıldı
26 may 2020 13:14 (UTC +04:00)

Bakıda evdən 10 kilo narkotik tapıldı

Bakı sakinindən narkotik maddə götürülüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçiriblər. Nəticədə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Qiyasovdan 1,680 qram və rayon ərazisində yerləşən ona məxsus evə baxış zamanı isə 10 kiloqram marixuana aşkar edilərək götürülüb.

# 2422
avatar

Mehman Nəbiyev

Oxşar yazılar