Evdən 14 min manatlıq oğurluq edildi
26 may 2020 16:00 (UTC +04:00)

Evdən 14 min manatlıq oğurluq edildi

Bakıda evdən oğurluq olub.

Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, mayın 17-də Sabunçu rayonundakı evlərin birindən 10 000 manat pul və 4 000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş N.Salayev, T.Cəlilov və Ə.Əliyev saxlanılıblar.

# 1963
avatar

Mehman Nəbiyev

Oxşar yazılar