Bakı-Şamaxı yolunda ağır qəzada ÖLƏNLƏRİN ADLARI - RƏSMİ
26 may 2020 13:05 (UTC +04:00)

Bakı-Şamaxı yolunda ağır qəzada ÖLƏNLƏRİN ADLARI - RƏSMİ

Dövlət Yol Polisi Bakı-Şamaxı yolunda baş verən ağır yol qəzası ilə bağlı açıqlama yayıb.

İdarədən Lent.az-a daxil olan məlumata görə, mayın 26-da, saat 07:30 radələrində Sahil-H.Z.Tağıyev avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən 1-ci km-də 28 yaşlı Qafarlı Ceyhun Mehman oğlu idarə etdiyi “Saipa Saina EX” markalı minik avtomobili ilə Sahil qəsəbəsi istiqamətində hərəkətdə olarkən yük avtomobilini ötmək məqsədilə yolun əks hərəkət zolağına çıxaraq qarşıdan gələn 36 yaşlı Xırdalan şəhər sakini Əliyev Ramil Gülhəsən oğlunun idarə etdiyi “Opel Vectra” markalı avtomobillə toqquşub.

Nəticədə, “Saipa Saina EX” markalı avtomobilin sürücüsü və sərnişinləri 30 yaşlı Pənahlı Fərid Kərim oğlu, 29 yaşlı Qafarov Toğrul Bəhman oğlu, 37 yaşlı Yusifov Şərbət Araz oğlu, habelə “Opel Vectra” markalı avtomobilin sərnişini 64 yaşlı Bakı şəhər sakini Yusubov Mənaf Nüsübət oğlu hadisə yerində ölüblər. “Opel Vectra” markalı avtomobilin sürücü və “Saipa Saina EX” markalı avtomobilin sərnişini 29 yaşlı Musazadə Azər Mürvət oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

# 6421
avatar

Mehman Nəbiyev

Oxşar yazılar