Avtomobildən 1 kilodan çox heroin tapıldı
26 may 2020 13:00 (UTC +04:00)

Avtomobildən 1 kilodan çox heroin tapıldı

Biləsuvarda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakinləri Səyavuş Cuvarlı və əvvəllər məhkum olunmuş Tural Əliyev özünün idarə etdiyi “Mercedes” markalı avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılıblar. Həmin avtomobilə keçirilən baxış zamanı oradan 1 kiloqram 155 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır

# 1780
avatar

Mehman Nəbiyev

Oxşar yazılar