İrandan aldıqları heroini Azərbaycanda satmaq istədilər
26 may 2020 10:44 (UTC +04:00)

İrandan aldıqları heroini Azərbaycanda satmaq istədilər

Astarada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Ərçivan qəsəbəsinin sakinləri, əvvəllər məhkum olunmuş Ceyhun Nəsirov və İsrafil Nəsirov saxlanılıblar. Şəxsi axtarış zamanı C.Nəsirovun üzərində daşıdığı əl çantasından 13 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi, İ.Nəsirovdan isə bir bükümdə heroin aşkarlanaraq götürülüb.

Araşdırmalarla C.Nəsirovun narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından qaçaqmal yolu ilə əldə etdiyi və satışını təşkil etmək üçün üzərində gəzdirdiyi müəyyən edilib.

Faktla bağlı araşrdırma aparılır.

# 1759
avatar

Mehman Nəbiyev

Oxşar yazılar