Sumqayıtda 5 nəfərin ölümü ilə bağlı FHN məlumat yaydı
26 may 2020 10:28 (UTC +04:00)

Sumqayıtda 5 nəfərin ölümü ilə bağlı FHN məlumat yaydı

Sumqayıtda baş verən ağır qəzaya FHNəməkdaşları da cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Saipa” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

# 4504
avatar

Mehman Nəbiyev

Oxşar yazılar