979
09:34
26 May 2020

Bakıda vətəndaşın pulunu və telefonunu əlindən aldılar

Bakının Yasamal rayonunda soyğunçuluq hadisəsi olub.

Lent.az -ın məlumatına görə, mayın 24-də, saat 15 radələrində rayonun Abbas Mirzə Şərifzadə küçəsində Bakı sakini 33 yaşlı R.Nəsirovun 103 manat pulu və mobil telefonu soyğunçuluq yolu əlindən alınıb.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən 33 yaşlı Vüqar Mirzəyev saxlanılıb.