Bakıda motosiklet divara çırpıldı: ölən var
25 may 2020 12:27 (UTC +04:00)

Bakıda motosiklet divara çırpıldı: ölən var


Bakıda motosiklet divara çırpılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 23-də saat 18 radələrində Nərimanov rayonu M.K.Atatürk prospektində yerləşən tuneldə Şərur rayon sakini Ülvi Məmmədov idarə etdiyi “Zongshen” markalı motosikleti divara vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş motosikletçi orada ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

# 1927
avatar

Oxşar yazılar