Kino tənqidçisindən məsləhət: “Bu filmə baxın”
15 may 2020 12:14 (UTC +04:00)

Kino tənqidçisindən məsləhət: “Bu filmə baxın”

Artıq uzun müddətdir ki, karantin rejimi davam edir. Bəzi ölkələrdə rejim yumşaldılıb. Lakin karantindən tamam xilas olmaqdan danışmaq hələ tezdir.

Bəs karantində ən çox nə ilə məşğul olduq? Araşdırmalar nəticəsində öyrəndik ki, insanlar daha çox kino və seriallara baxmaqla günlərini keçiriblər. İndi ortaya növbəti sual çıxır. Karantində hansı filmlər və seriallar populyar oldu?

Lent.az-ın əməkdaşı bu istiqamətdə araşdırma apardı. Məlum olur ki, insanlar əsasən xarici filmlərə üstünlük veriblər. Ən çox baxılan kinoları belə sadalamaq olar:

Before Sunrise (Gün doğumundan əvvəl),

Narcos,

7.ci Koğuştaki Mucize (7-ci kameradakı möcüzə),

Under The Tuscan Sun (Toskana günəş altında),

La Casa De Papel (Kağız ev),

Frozen animasiyası (Donmuş),

Coco animasiyası,

Stranger things (Qəribə şeylər).

Maraqlıdır, bəs mütəxəssislər nə deyir? 

Kino tənqidçisi Sevda Sultanova indi çəkilən filmlərin əksərinin bir-birinin təkrarı olduğunu deyir: "Bunun üçün daha çox keçən əsrin filmlərini izləməyə üstünlük verirəm. Bununla belə az da olsa müasir dövrdə maraqlı filmlər çəkilir, onlardan yadıma düşənlər bunlardır:

Martin Makdonaxın “Brügge”, Samuel Maozun “Fokstrot”, Pablo Larrainin “Yox”, İldiko Enyedinin “Bədən və ruh”.

Azərbaycanda tanınmış rejissor Cavid Təvəkkül də bu seriallar haqqında yüksək fikirdədir. O da yuxarıda sadaladığımız filmləri sənət baxımından zövqlü hesab edir.

Hər kəsin öz sənət zövqü var. Mən də öz növbəmdə tamaşaçılara köhnə Azərbaycan filmlərinə baxmağı məsləhət görərdim.  

Banu

 

# 6724
avatar

Oxşar yazılar