Trampın iki yaxın dostu koronavirusdan öldü
15 may 2020 11:03 (UTC +04:00)

Trampın iki yaxın dostu koronavirusdan öldü

ABŞ prezidenti Donald Tramp ikisi ən yaxın dostu olmaqla şəxsən tanıdığı 5 nəfərin COVID-19-a yoluxması səbəbindən öldüyünü açıqlayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Tramp bu barədə Pensilvaniya ştatında tibbi avadanlıqların paylanması mərkəzinin işçiləri qarşısında çıxışında məlumat verib. 

Tramp eyni zamanda qeyd edib ki, onun tanışları koronavirusa yoluxmazdan əvvəl də o qədər yaxşı formada olmayıblar. 

“Onlar ölüblər və bu dəhşətlidir”, - Tramp əlavə edib.

# 1807
avatar

Oxşar yazılar