17:00
13 May 2020

Optimal, Ramazan ayında “Biz birlikdə güclüyük!” adlı yardım aksiyası keçirərək 200 ailəyə ərzaq sovqatı paylayıb

1997-ci ildən etibarən xalqımıza keyfiyyətli xidmət göstərməklə yanaşı, mütəmadi olaraq sosial layihələrin keçirilməsini təməl prinsiplərindən biri halına gətirib.

Ramazan ayı münasibətilə Optimal Elektronika şirkəti, “Biz birlikdə güclüyük!” adlı yardım aksiyası çərçivəsində Bakı şəhərinin muxtəlif qəsəbələrində məskunlaşan Şuşa, Ağdam, Xocalı, Füzuli və Zəngilandan olan məcburi köçkün və şəhid ailələriylə görüşərək ərzaq sovqatlarını çatdırıb.

Un, yağ, toyuq əti, şəkər tozu, yumurta, düyü və digər zəruri qidalar daxil olmaqla 17 çeşid ərzaq məhsullarından ibarət yardım paketlərini 200 ailəyə paylayaraq mövcud vəziyyətlə bağlı risk qrupuna daxil olan insanların evdə qalması və sosial izolyasiya tədbirlərinə riayət edilməsi tövsiyə olunub.

Dİgər xəbərlər