Rusiya ordusunda yoluxma artmaqda davam edir
14 may 2020 05:22 (UTC +04:00)

Rusiya ordusunda yoluxma artmaqda davam edir

Rusiya ordusunda koronavirus testindən keçən hərbi qulluqçuların ümumilikdə 1666 nəfərində yoluxma aşkarlanıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, onlardan 1244 nəfəri hərbi təhsil müəssisələrində təhsil alanlardır. 

“Yoluxanların 378 nəfəri Müdafiə Nazirliyinin hospitallarında, 586 nəfəri növbətçi hərbi tibb məntəqələrində, 20 nəfəri mülki tibb müəssisələrində, 682 nəfəri isə ev şəraitində müalicə olunur”, - məlumatda bildirilib.

 

# 1672
avatar

Oxşar yazılar