09:25
12 May 2020

“Azərsun Holdinq” Ümummilli Liderin xatirəsini silsilə tədbirlərlə andı

Xalqımızın milli-mənəvi dəyərlərinə, tarixinə və şəxsiyyətlərinə dərin hörmət bəsləyən “Azərsun Holdinq” müasir Azərbaycanın qurucusu, Ümumilli Lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirib.

Ümumilli Liderimizin anım tədbirləri ilə əlaqədar Şirkətllər Qrupu adından ulu öndərin məzarı önünə əklil qoyulub. Həmçinin görkəmli alim akademik Zərifə Əliyevanın və Əziz Əliyevin xatirələri ehtiramla yad edilib.
Silsilə tədbirlər çərçivəsində “Azərsun Holdinq” tərəfindən sosial layihə də həyata keçirilib. “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq ölkəmizin müxtəlif bölgələrində insanların sosial-rifah halının yaxşılaşdırılması və işsizliyinin aradan qaldırılmasına mühüm töhfə verən Şirkətlər Qrupu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə yüzlərlə aztəminatlı ailəyə və veterenlara ərzaq məhsullarından ibarət sovqat da paylayıb.

Dİgər xəbərlər