Qulaqlıq və “ağıllı” saatlar üçün  YENİ TEXNOLOGİYA
11 may 2020 19:02 (UTC +04:00)

Qulaqlıq və “ağıllı” saatlar üçün YENİ TEXNOLOGİYA

 

“NFC Forum” Assosiasiyası “Wireless Charging Specification” (WLC) adlı yeni simsiz enerjidoldurma standartını qəbul edib. Bu standartın köməyi ilə “NFC” texnologiyası vasitəsilə mobil qurğuları enerji ilə doldurmaq mümkün olacaq.

Lent.az "ICTnews”a istinadən xəbər verir ki,  “WLC” standartı ilə cihazları sürətli şəkildə enerji ilə doldurmaq mümkün olmayacaq, çünki az miqdarda enerjinin ötürülməsi 13,56 MHs tezliyi ilə istifadə olunacaq.

Təşkilatın bəyanatında deyilir ki, texnologiya 1 vatt güc ötürməyə imkan verəcək. Belə güc “Əşyalar interneti” və simsiz qulaqlıq və ya fitnes-bilərziklər kimi aşağı enerji sərfiyyatlı qurğuların simsiz enerji ilə doldurulması üçün kifayətdir.

Bu halda istehsalçılar gələcəkdə smartfonları simsiz üsulla enerji ilə doldurmaq üçün bu standartı inkişaf etdirməyə davam edəcəklər.

“Near field communication, NFC” – məlumatların simsiz ötürülməsi texnologiyasıdır, təxminən 10 sm məsafədə qurğular arasında məlumat mübadiləsinə imkan verir. Adətən bu texnologiya təmassız ödəniş üçün tətbiq edilir.

# 2406
avatar

Oxşar yazılar