2100
00:36
11 May 2020

Suriyada törədilmiş partlayışda yaralı sayı artdı - YENİLƏNİB

Suriyanın Hələb əyalətindən şimalda yerləşən Əl-Bab şəhərindəki xalq bazarında terrorçular tərəfindən partladılan bomba nəticəsində azı 1 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.

Məlumata görə, zərərçəkənlər arasında qadın və bir neçə uşaq da var. Partlayış gün batarkən, sakinlərin iftar qabağı bazarda ərzaq aldığı zaman törədilib.

***

Saat 22:59

Suriyanın şimal-qərbində, Türkiyənin “Fərat qalxanı” əməliyyatı çərçivəsində təmizlənən Əl-Bab şəhərində insanların sıx olduğu nöqtəyə qoyulmuş bombanın partladılması nəticəsində 11 mülki şəxs yaralanıb.

APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

“Bu dəfə terror təşkilatı PKK/YPG terrorçuları “Fərat qalxanı” əməliyyatı bölgəsində sülh və təhlükəsizlik mühitini hədəf alıb. Terrorçular biri ağır olmaqla azı 11 günahsız mülki insanı yaralayıblar”, - deyə nazirlikdən bildirilib.

Yaralılar Əl-Babdakı xəstəxanalara yerləşdirilib. Hadisə yerini araşdıran yerli təhlükəsizlik qüvvələri hücumun YPG/PKK terror təşkilatı tərəfindən həyata keçirildiyi ehtimalını nəzərdən keçirir.