15:00
09 May 2020

Türkiyə futbolunda daha 9 koronavirusa yoluxma


Türkiyə futbolunda daha bir neçə koronavirus xəstəliyinə yoluxma halı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, TFF II Liqa təmsilçisi "Sancaktepe"nin 9 üzvündə infeksiya üzə çıxıb.

İki gün əvvəl keçirilən testin nəticəsi heç də ürəkaçan olmayıb. 2 məşqçi, 4 futbolçu və 3 klub işçisinin testi müsbət nəticə verib. Klub onların səhhətinin normal olduğunu, xəstəxanaya getmələrinə ehtiyac yaranmadığını açıqlayıb. Virusa yoluxanlar evlərində təcrid vəziyyətində müayinə olunacaqlar.

Qeyd edək ki, Türkiyədə bütün liqaların iyunun 12-də bərpa olunması planlaşdırılır.

ApaSport

Dİgər xəbərlər