22:21
05 May 2020

Britaniya koronavirusdan ölüm sayına görə dünyada 2-ci oldu

Böyük Britaniyada son sutka ərzində koronavirusdan 693 nəfər ölüb. Bununla da yeni növ virusdan dünyasının dəyişənlərin ölkə üzrə ümumi sayı 29427-yə çatıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Xarici işlər naziri Dominik Raab bildirib.

Qeyd edək ki, Britaniya koronavirusdan ölüm sayına görə İtaliyanı geridə qoyaraq, ABŞ-dan sonra dünyada ikinci olub.

Dİgər xəbərlər