1044
11:02
04 May 2020

Şəhid anası Prezidentə yazır: “Dövlətimizin başı üzərindən əksik olmayasınız”

Vətəndaşlardan Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Belə məktublardan birini Ağcabədidən şəhid anası Səringül İbrahimova göndərib.

Lent.az həmin məktubu təqdim edir:

- Hörmətli cənab Prezident.

Bu məktubu Sizə Ağcabədi rayonunun Kürdlər kəndindən yazıram. Dünyada koronavirusun yayıldığı dövrdə Sizin ölkəmizdə həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan bu təhlükəli bəladan xilas olmaq üzrədir. Lazımi anda karantin rejimini tətbiq etməyiniz bir daha onu göstərdi ki, xalqımızın sağlamlığı, rifahı Sizin üçün ən vacib məsələlərdən biridir və daim diqqətinizdədir.

Cənab Prezident, Allah Sizə və ailənizə uzun ömür, cansağlığı qismət etsin. Xalqımızın və dövlətimizin başı üzərindən əksik olmayasınız. Sizə təşəkkürümü bildirir, hər zaman yüksək əhval-ruhiyyə, sevinc dolu günlər arzulayıram.

Hörmətlə,

İbrahimova Səringül Məmməd qızı, şəhid anası

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Kürdlər kəndi