12:57
30 Aprel 2020

Makrondan ölkə çempionatlarına qarşı ÇAĞIRIŞ


Fransa prezidenti Emmanuel Makron Avropanın digər böyük futbol ölkələri ilə əlaqə saxlayıb.

Apasport.az saytının məlumatına görə, Makron onlardan ölkə çempionatlarını ləğv etməyi istəyib.

Fransa prezidenti Liqa1-in ləğv olunmasının həmin ölkələr üçün nümunə ola biləcəyini söyləyib. O, İngiltərə, İspaniya, İtaliya və Almaniya kimi böyük futbol ölkələrində də analoji addımın atılması üçün rəsmi qurumlara çağırış edib.

Makron yalnız bundan sonra UEFA-nın Çempionlar Liqası və Avropa Liqasının cari mövsümünü ləğv etməkdən başqa çarəsinin olmayacağını düşünür. Çünki əks təqdirdə PSJ və "Lion" Çempionlar Liqasından kənarlaşdırıla bilər.

Qeyd edək ki, Çempionlar Liqasında PSJ 1/4 finala vəsiqə qazanıbsa, "Lion" 1/8 finalda "Yuventus"la keçirdiyi ilk matçda 1:0 hesablı qələbə qazanıb.

Dİgər xəbərlər