950
19:35
24 Aprel 2020

Azərbaycanda koronavirusa yoluxanların neçə faizi qadın və uşaqdır? - AÇIQLAMA

"Azərbaycanda koronavirusa yoluxanların 54 faizi qadın, 46 faizi kişilərdir".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, bugünkü test sayı 4127, ümumi test sayı 114.410 olub: "Ümumi yoluxma 1592-dir, 21 ölüm halı var. Vəfat edənlər arasında həkim həmkarımız da var, onun ailəsinə dərin hüznlə başsağlığı veririk. Ölkədə ümumi sağalanların sayı 1013, aktiv xəstələrin sayı 558-dir. Hazırda reanimasiyada olan xəstə sayı 20 nəfərdir, onlar əsasən Mərkəzi Neftçilər Xəstəxanası və "Yeni klinika"da olanlardır".

R. Bayramlı deyib ki, gündəlik yoluxma hallarının sayında azalma meyli va: "Aprelin əvvəlində yoluxma pik həddə çatıb. 1 fakt 30-60 yoluxmaya səbəb olur. Sağalanların sayı yoluxanların sayını üstələyir, bu, müsbət dinamikadır. Əvvəlki günlər 200 test edə bilirdiksə, indi gündəlik 4000-6000 test edə bilirik.

Koronavirusa yoluxanların 5 faizi 0-9 yaş arası uşaqlardır.

Ramin Bayramlının sözlərinə görə, virusa yoluxanların 6 faizi 10-19 faiz, 14 faizi 20-29, 18 faizi 30-39 faiz, 16 faizi 40-49, 22 faizi 50-59, 13 faizi 60-69, 4 faizi 70-79, 2 faizi isə 80 yaşdan yuxarı şəxslərdir.