417
11:18
22 Aprel 2020

Gürcüstanda koronavirusdan ölənlərin sayı artdı

Gürcüstanda daha bir nəfər koronavirusdan dünyasını dəyişib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi rəsmi saytda bildirilib. Bununla da ölkədə COVİD-19 səbəbi ilə ölənlərin sayı 5-ə çatıb.

Qeyd edək ki, hazırda ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 411-ə çatıb, onlardan 98-i sağalıb.