09:00
13 Aprel 2020

"Bir tək onun üçün darıxıram" - Ayanın ETİRAFI

Müğənni Ayan Babakişiyeva karantini necə keçirməsi barədə danışıb. Lent.az -ın məlumatına görə, ifaçı "X-maqazin" verilişində bildirib ki, karantini Bakıda keçirir:

"Karantini maraqlı, ailəmlə birgə keçirirəm. Əsas olan budur. Ona görə də heç narahat deyiləm. Bir tək qardaşım yanımda deyil,İstanbuldadır. Onun üçün çox darıxıram. Bu virus başlayandan sağlamlığımın qədrini bildim. Anladım ki, bu həyatda pul, imkan boş şeydir. Əsas olan sağlamlıq və insanların bir-birinə olan hörmətdir. Maska taxmamışam. Çünki bu gün efirə gələndə spirt vurdum. Onsuz da bu həyatda bir çox insanlar aktyordur. Mən də müğənnilərin çoxunu tibbi maskasız görürəm ".

Dİgər xəbərlər