Narkotik alverinə görə tutuldu: Evindən silah da tapıldı
10 aprel 2020 13:35 (UTC +04:00)

Narkotik alverinə görə tutuldu: Evindən silah da tapıldı

Bakı sakinindən külli miqdarda narkotik maddə götürülüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında  əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Əmircanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 25 qramdan artıq tiryək və 6 qramdan artıq marixuana götürülüb.

Ətrafında aparılmış tədbirlərlə onun Səbail rayonu ərazisindəki mənzilindən 295 qrama yaxın tiryək, 3 kiloqram 785 qram marixuana və “”Reck Perfecta” markalı qaz tapançası aşkar ediliərək götürülüb.

# 937
avatar

Mehman Nəbiyev

Oxşar yazılar