Azərbaycanda "Könüllü donor" aksiyası başladı
10 aprel 2020 10:35 (UTC +04:00)

Azərbaycanda "Könüllü donor" aksiyası başladı

Koronavirus (COVID-19) qlobal pandemiyası ilə əlaqədar olaraq yaranan qan qıtlığı Azərbaycanda talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata ehtiyacı olan şəxslər üçün həyat riskinə səbəb olmaqdadır.

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi və Milli Hematologiya və Transfuziologiya Mərkəzindən Lent.az verilən xəbərə görə, bu günlərdə sağlam insanların həmrəylik nümayiş etdirib qana ehtiyacı olan xəstələrə, xüsusən də uşaqlara yardım etmələri, damarlarında axan qanı hədiyyə etmələri vacibdir. Könüllülərin üzərinə də bu işdə böyük missiya düşür.

Bununla əlaqədar, Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi və Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı tərəfindən “Könüllü donor” aksiyasına start verilir. Bu çərçivədə, Qan Bankının paytaxt və regionlarda yerləşən bölmələrinə könüllülər tərəfindən qan verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, koronavirus infeksiyasının qan köçürülməsi ilə ötürülə biləcəyinə dair heç bir məlumat və ya sübut yoxdur. Dünyada koronavirus da daxil olmaqla hər hansı bir tənəffüs virusuna qanla yoluxma hallarına rast gəlinməyib. Qan bağışlamaq tam təhlükəsiz bir prosesdir, donor olmaqdan çəkinmə!

# 1470
avatar

Aygün İbrahimli

Oxşar yazılar