Azərbaycanda bu şəxslərə pulsuz maska verilir
08 aprel 2020 18:42 (UTC +04:00)

Azərbaycanda bu şəxslərə pulsuz maska verilir

"Vacib olan sahələrdəki şəxslərə - həkimlərə, xəstələrə, polisə, gömrük orqanları əməkdaşlarına pulsuz maska paylanır.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda bazarda maskaların qiyməti o qədər yüksək deyil ki, insanlar ala bilməsin: "Sadəcə qıtlıq var idi, bu qıtlıq da aradan qaldırılır. Əgər ehtiyac yaranarsa, dövlətin bütün ehtiyatları var. Hər şey vətəndaşların təhlükəsizliyi üçündür".

 

# 4596
avatar

Oxşar yazılar