Azərbaycanda onlayn yolla narkotik satan var - FOTO
08 aprel 2020 11:53 (UTC +04:00)

Azərbaycanda onlayn yolla narkotik satan var - FOTO

Azəbaycanda onlayn yolla narkotik vasitə və psixotrop maddələr satan daha bir narkokuryer saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata əsasən, Baş Narkotiklərlə Mübarizə İdarəsinə İrandan Azərbaycana narkotik vasitələrin keçirildiyi və narkotiklərin Tərlan adlı şəxs tərəfindən götürülərək satış məqsədi ilə respublikanın müxtəlif bölgələrinə aparılacağı barədə əməliyyat məlumatı daxil olub.
Polis əməkdaşları tərəfindən dərhal həmin şəxsin tutulması istiqamətində zəruri əməliyyat tədbirləri həyata keçirilib. Peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs, Lənkəran sakini Tərlan Əhədov Sumqayıt şəhəri ərazisində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 137,114 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun Sumqayıt şəhərində yerləşən evinə baxış zamanı 5 kiloqram 25 qram heroin, 800 ədəd metadon həbi, 365 qram tiryək, 89,482 qram metamfetamin, 1 ədəd “Falcon sport” markalı tapança və ona aid 7 ədəd parton aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Tərlan Əhədov İran vətəndaşı şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı şəxslə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitələrin Azərbaycana gətirilməsini təmin edib. Həmin şəxslə “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə əlaqə saxlayan T.Əhədov narkotik vasitələri əldə edəndən sonra İran vətəndaşının qeyd etdiyi yerlərə aparmalı imiş.

Qeyd edək ki, Tərlan Əhədov bir neçə dəfə həmin şəxsin vasitəsi ilə bu yolla narkotik vasitələrin Azərbaycana gətirilməsində iştirak edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Tərlan Əhədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib əməliyyat tədbirləri davam etdirilir.

# 1009
avatar

Mehman Nəbiyev

Oxşar yazılar