Koronavirus "qanuni oğrular"ı da vurdu: "sxodka"lar təxirə salındı, hamı evinə çəkildi
08 aprel 2020 11:40 (UTC +04:00)

Koronavirus "qanuni oğrular"ı da vurdu: "sxodka"lar təxirə salındı, hamı evinə çəkildi

"Qanuni oğrular" da COVID-19 infeksiyasından ehtiyat edərək “evdəqal” rejiminə keçiblər.
 
Lent.az-ın məlumatına görə, bunu Rusiyanın tanınmış kriminal jurnalist-araşdırmaçı Viktoriya Qefter yerli KİV-ə açıqlamasında bildirib. Onun dediyinə görə, məhz bu səbəbdən kriminal aləmdə bütün “razborkalar”, “sxodka”lar və bu kimi toplantılar təxirə salınıb, hamı ev şəraitində özünütəcriddədir.
 
Xanım Qefter Şakro Molodoyun həyat yoldaşı Marina Qoldberq və oğlu Danilin koronavirusa yoluxma xəbərinə də dəqiqlik gətirib. O bildirib ki, bu xəbər yalandır, Şakronun xanmı və oğlu onun Moskva vilayətindəki villasında yaşayırlar, heç bir xəstəxanadan isə söhbət gedə bilməz.
 
# 992
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar