Koronavirusun qan ilə yoluxduğu təsdiqlənməyib - TƏBİB
08 aprel 2020 10:41 (UTC +04:00)

Koronavirusun qan ilə yoluxduğu təsdiqlənməyib - TƏBİB

Qan Bankında ən son tövsiyələrə diqqət yetirilərək, qan və qan komponentlərinin təhlükəsiz toplanması və tədarükü, bütün zəruri dəyişiklikləri yerinə yetirmək üçün ən son protokollar tətbiq edilir.

Lent.az-a TƏBİB-dən verilən  məlumata görə,  koronavirusun qan köçürülməsi ilə ötürülə biləcəyinə dair heç bir məlumat və ya sübut yoxdur. 

Eyni zamanda qeyd edilib ki, dünyada koronavirus da daxil olmaqla hər hansı bir tənəffüs virusuna qanla yoluxma hallarına rast gəlinməyib, koronavirusun qan komponentləri ilə yoluxduğu təsdiqlənməyib. 

# 875
avatar

Aygün İbrahimli

Oxşar yazılar