Karantinə əməl etməyən 1569 sürücü cərimələndi - RƏSMİ
08 aprel 2020 10:23 (UTC +04:00)

Karantinə əməl etməyən 1569 sürücü cərimələndi - RƏSMİ

Baş Dövlət Yol Polisi İdarəsi ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar aprelin 7-i saat 00:00-dan bu gün saat 00:00-dək olan müddət ərzində görülmüş işlər barədə məlumatı açıqlayıb.

İdarədən Lent.az-a daxil olan məlumata əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 7-i saat 00:00-dan bu gün 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1569 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 8514 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

# 1382
avatar

Mehman Nəbiyev

Oxşar yazılar