Uhan şəhəri açıq elan edildi
08 aprel 2020 09:49 (UTC +04:00)

Uhan şəhəri açıq elan edildi

Bu gün səhər Çinin Uhan şəhəri açıq elan edilib.

Lent.az Rusiya mətbuatına istinadla xəbər verir ki, şəhər artıq qapılarını dünyanın üzünə açıb. Uhan dünyada koronavirusun ocağı olan ilk şəhərdir. Hubey əyalətinin paytaxtı üç ay karantində yaşayıb. Həmin müddətdə orada virusa yoluxanların sayı 50 minə çatıb. Onlardan 2,5 min nəfəri dünyasını dəyişib.

Bütün Çində 80 min nəfərdən artıq yoluxmuş insan aşkar edilmişdi. Bununla belə, hakimiyyət xəstəliyin pik dövrünün artıq keçdiyini deyir. Yoluxanların sayı demək olar ki, sıfıra düşüb.

# 1692
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar